• Böyürtkənli keks resepti

Reseptin məlumatları Baxış sayı: 7 676

Tarix : 7-06-2018, 18:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
3yumurta
1 st qatıx
1 st şəkər
0,5 st duru yağ
1paçka qabartma tozu
1paçka vanil
1 cimdik duz
2,5 st un (mən əvvəl 2 st tökdüm,qarışdırdım, baxdım vəziyyətə və 2-3 y.q. əlavə etdim, undan una fərq var, tak şto ayığ olun)
200qr böyürtkən (mən qramla ölçmədim böyürtkəni, geniş ürəkli insan kimi hellədim ürəyim istəyən qədər, çünki sevirəm şirin keksin turşməzə meyvə və giləmeyvələrlə ahəngini,vəhdətini,duetini və s)

Hazırlanması:
1. Yumurtaları şəkərlə 3-4 dəq çalmaq.
2.Qatıq və duru yağı əlavə etmək,qısa müddət çalmaq (bu mərhələdə xəmir çox duru olur və mikserlə çalanda yaman sıçradı, tak şto dərin qab götürün yada qaşıqla yaxşıca qarışdırın.
3. Unu,qabartma tozunu, duzu ələyin məhlulun üstünə və qaşıqla qarışdırın. Orta qatılıxda xəmir alınır. Böyürtkənləri əlabə edin, ehtiyatla qarışdırın və geniş keks qablna tökün,üstünü düzəldin. Mən üstdən birazda böyürtkən düzdüm, biraz barmağımla basdım xəmirin içinə.
Əvvəldən 180t isidilmiş sobada 30-35 dəq bişirdim.

Nuş olsun!
Etiketlər: qarışdırın, böyürtkən, geniş, qaşıqla, əlavə, xəmir, çalmaq, qabartma, 1paçka, ələyin, məhlulun, üstünə, qatılıxda, Böyürtkənləri, alınır, tozunu, qatıx, yaman, çalanda, mikserlə
BİZİ İZLƏYİN