• Portağallı keks resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 33 204

Tarix : 8-10-2014, 19:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. turş qatıq
1 st. şəkər tozu
5-7 x.q. iysiz bitki yağı
2 st. un
1 yumurta
0,5 portağal
1 st. qoz-fındıq
0,5 ç.q. soda
darçın və ya vanil - zövqə görə

Hazırlanması:
Bir ləyənə qatıq töküb soda əlavə edin. Qarışdırın, bir qədər saxlayın.
Portağallı keks resepti - FOTO RESEPT


Bu müddətdə portağalın qabığını sürtgəcin xırda gözündən keçirin, qoz-fındığı xırdalayın.
Portağallı keks resepti - FOTO RESEPT


Başqa bir qabda yumurtanı bitki yağı ilə çalın, sonra sodalı qatığa əlavə edin. Şəkər tozu, un, ədviyyat əlavə edib yaxşıca qarışdırın (lopa qalmasın). Xəmir xama qatılığında olmalıdır.
Portağallı keks resepti - FOTO RESEPT


Xırdalanmış qoz-fındıq və portağal sedrasını əlavə edin.
Portağallı keks resepti - FOTO RESEPT


Portağalı dilimləyin, doğrayın. Formaya azca xəmir tökün, üstünə portağal dilimi qoyun, üstündən yenə xəmir tökün.
Portağallı keks resepti - FOTO RESEPT


Keksləri 15-25 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpüylə yoxlayın. Hazır olandan sonra üzərinə şəkər pudrası da səpə bilərsiniz.
Portağallı keks resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, portağal, xəmir, sonra, Hazır, şəkər, fındıq, bitki, tökün, qatıq, dilimləyin, üstünə, doğrayın, Formaya, Xırdalanmış, Xəmir, qalmasın, qatılığında, olmalıdır, sedrasını
BİZİ İZLƏYİN