Tərkibi:300 qr sadə un
2-3 ədəd yumurta
125 ml bitki yağı
2 ç.q qabartma tozu
yarım ç.q soda
200 qr qaysı
1 stəkan konyak
1 stəkan bal
yarım ç.q vanil
1 ç.q darçın
yarım ç.q hil
100 qr kəsmik
25 qr xama
2 stəkan şəkər pudrası
2 ədəd yerkökü
1 ədəd portağal
Hazırlanması:Qaysıları yuyur, doğrayır, üzərinə konyak və portağal suyu əlavə edib saxlayırıq. Həmçinin yerkökünü də şəkildəki kimi doğrayırıq.
Xəmiri üçün isə unun üzərinə ədviyyatları, soda, şəkər tozu və qabartma tozunu əlavə edirik. Bura həmçinin xırda şəkildə doğranılmış meyvələri də qatırıq. Sonra yumurta ilə birə bitki yağı və balı qarışdırırıq. Alınan qarışımı isə unun üzərinə əlavə edirik.
180 dərəcəli sobada 30 dəqiqə bişiririk. Üzərinə kremi üçün kəsmik, xama, şəkər pudrası və portağal əlavə edə bilərik.
Nuş olsun!
Etiketlər: əlavə, portağal, stəkan, yarım, üzərinə, şəkər, pudrası, yumurta, kəsmik, konyak, qabartma, bitki, edirik, qarışdırırıq, şəkildə, qatırıq, doğranılmış, meyvələri, Alınan, Sonra