• Şaftalı ilə şokoladlı piroq resepti

Reseptin məlumatları Baxış sayı: 1 514

Tarix : 3-05-2021, 10:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 5 yumurta
- 200 qr kərə yağı
- 2 stəkan un
- 1 stəkan şəkər tozu
- 1 ç.q. qabartma tozu
- 1 ç.q. darçın
- 5-6 ədəd şaftalı

Hazırlanması:
Yumurta şəkər tozu və yumşaq kərə yağı ilə mikserlə yaxşı çalınır.
Un, qabartma tozu, darçın və kakao birlikdə ələnir, yumurtalı kütləyə əlavə olunur, qarışdırılır.
Şaftalı tikələrə doğranılır, xəmirə əlavə olunur, qarışdırılır.
Formaya perqament kağızı sərilir, xəmir qoyulur, hamarlanır, qabaqcadan 180 C qədər qızdırılmış sobada təxminən 50 dəqiqə bişirilir.
Piroq soyuyandan sonra üzərinə pudra səpin.

Nuş olsun!
BİZİ İZLƏYİN