Tərkibi:1 st. mannı
1 st. xama
1 st. şəkər tozu
3 yumurta
1 ç.q. qabartma tozu və 0,5 ç.q. soda
1-1,5 st. un
Hazırlanması:Xamanı mannı ilə qarışdırıb 1 saat saxlayın. Yumurtaları şəkər tozu ilə çalın. Mannı ilə xama qarışığını əlavə edib qarışdırın. Qabartma tozu və un əlavə edib yumşaq xəmir yoğurun.
Xəmiri yağlanmış siniyə tökün (məsələn 24-26 sm diametrli siniyə). 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.
Piroqun bişib-bişmədiyini yoxlamaq üçün kibrit və ya diş çöpündən istifadə edin: korja batırın, əgər quru qalır və üstünə heç nə yapışmırsa, deməli, piroq hazırdır.
Nuş olsun!
Etiketlər: əlavə, şəkər, siniyə, mannı, bişmədiyini, yoxlamaq, kibrit, bişib, Piroqun, sobada, dəqiqə, çöpündən, bişirin, qızdırılmış, istifadə, deməli, piroq, hazırdır, olsun, yapışmırsa