• Çilli maffinlər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 112

Tarix : 12-08-2014, 16:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Bəyaz xəmir:

140 q un
1 ç.q. qabartma tozu (yarımçıq)
bıçağın ucunda vanil
70 q şəkər tozu
1 yumurta
115 ml süd
40 ml qoxusuz bitki yağı

Tünd xəmir:
125 q un
1 ç.q. qabartma tozu (yarımçıq)
15 q kakao tozu
bıçağın ucunda vanil
70 q şəkər tozu
1 yumurta
115 ml qəhvə (hazır)
40 ml bitki yağı

Hazırlanması:
Bəyaz xəmir: Bir qabda maye ərzaqları, digərində isə toz halında olanları qarışdırın, sonra ikincini birinciyə əlavə edib qarışdırın.

Eyni qayda ilə tünd xəmiri də hazırlayın.

Hər xəmirdən iki xörək qaşığı konditer torbalarına doldurun.

Qalanlarını isə formalara onların 3/4-ü qədər doldurun. Sonra hər birinin üzərinə fərqli rəngli xəmirlərdən xırda "noxudlar" sıxın.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Nuş olsun!
Çilli maffinlər resepti - FOTO RESEPT

Çilli maffinlər resepti - FOTO RESEPT

Çilli maffinlər resepti - FOTO RESEPT

Etiketlər: maffində, xəmir, doldurun, şəkər, yumurta, ucunda, bitki, vanil, qarışdırın, bıçağın, qabartma, yarımçıq, üzərinə, fərqli, xəmirlərdən, rəngli, formalara, xırda, Qalanlarını, onların, qədər
BİZİ İZLƏYİN