Tərkibi:Yumurta 4 ədəd
Şəkər tozu 1,5 stəkan
Un 1,5 stəkan
Vanilin şəkəri 2 ç.q.
Qabartma tozu 2 ç.q.
Şaftalı 5 ədəd içlik üçün, 4 ədəd bəzək üçün
Nanə yarpağı
Üzüm
Hazırlanması:Yumurta, şəkər tozu və vanilin şəkərini birləşdirib, mikser vasitəsi ilə 2-3 dəqiqə çalın. Kütlənin üzərinə un və qabartma tozunu əlavə edib, kütləni yenidən çalın. Xəmir hazırdır. İçlik üçün şaftalıları təmizləyib, xırda hissələrə doğrayın. 25sm-lıq bişirmə qabının dibini yağlayın, və içinə xəmiri boşaldın. Doğranılmış şaftalını xəmirin içinə yerləşdirin. Şarlotta 180 dərəcəyə qədər isidilmiş sobada 35-40 dəqiqə ərzində hazır olur. Hazır şarlotta soyuduqdan sonra, üzərinə şaftalı dilimləri, üzüm dənələri və nanə yarpaqları ilə bəzək verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: çalın, üzərinə, içinə, Yumurta, bəzək, dəqiqə, stəkan, Doğranılmış, şaftalını, xəmirin, Şarlotta, yerləşdirin, boşaldın, xəmiri, qabının, dibini, yağlayın, bilərsiniz, dərəcəyə, yarpaqları