• Çiyələkli panakota resepti

Reseptin məlumatları Baxış sayı: 12 835

Tarix : 6-10-2017, 22:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 ml qaymaq
250 qr şəkər tozu
18 qr jelatin
5 qr vanil
500 ml süd

Ciyələk sousu üçün:
500 qr çiyələk
300 qr şəkər tozu

Dekor üçün:
1 yarpaq nanə

Hazırlanması:
10 qr jelatin 5 dəqiqə suda saxlanır. İsladılmış jelatin 10 dəqiqə odun üzərində qaynadılır. Üzərinə süd, qaymaq, şəkər tozu əlavə edilib qarışdırılır. Qarışıq qaynağa düşənə qədər bişirilir. Panakota odun üstündən götürülür, vanil əlavə olunub mətbəx süpürgəsi ilə çırpılır.

Çiyələk sousunun hazırlanması:
Jelatinin qalan hissəsi ( 8 qr) 5 dəqiqə suda saxlanır. Çiyələyin üzərinə şəkər tozu əlavə edilir, qaynadılıb süzgəcdən süzülür.
Çiyələk sousunun üzərinə jelatin(8 qr) qatılıb qarışdırılır. Qədəhə əvvəlcə şirənin yarısı, sonra panakota əlavə olunub 15-20 dəqiqə soyuducuda saxlanır. Soyuducudan cıxarıldıqdan sonra qədəhə çiyələk sousunun qalan hissəsi və bir qədər panakota tökülür.
Üzərinə doğranmış çiyələk düzülür, nanə yarpağı qoyulub servis edilir.

Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, jelatin, şəkər, sousunun, çiyələk, saxlanır, qarışdırılır, Çiyələk, edilir, qaymaq, qədər, panakota, vanil, Üzərinə, sonra, hissəsi, olunub, üzərinə, qalan, qədəhə
BİZİ İZLƏYİN