• Almalı asan pay resepti

Reseptin məlumatları Baxış sayı: 11 502

Tarix : 14-02-2017, 20:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 ədəd qırmızı alma
6 yemək qaşığı şəkər tozu
1 yemək qaşığı darçın
Qoz və ya fındıq
6 yarpaq paxlavalıq yuxa
İstəyə görə quru üzüm
1 yemək qaşığı kərəyağı

Hazırlanması:
Almaları soyub kvadrat şəklində doğrayaq, qazana qoyub üzərinə şəkəri əlavə edib bişməyə qoyaq.
Kərəyağımızı əridək soba qabına 1 qat yuxa yerləşdirib ərimiş kərəyağından az az səpək.
Bu şəkildə üç qat tamamlayaq.
Daha sonra bişən almaların üzərinə darçını töküb qarışdırıb yuxaların üzərinə tökək, üzərinə qoz və ya fındığı əlavə edək, eyni şəkildə 3 qat yenə yuxa qoyaq.
Ən üstdəki yuxanın üzərini fırça ilə yağlayaq 180° isidilmiş sobada üzəri qızarana qədər bişirək “30 dəqiqə” .
Çıxaranda pudra şəkəri töküb servis edək.

Nuş olsun!
Etiketlər: üzərinə, qaşığı, yemək, qoyaq, şəkəri, əlavə, töküb, şəkildə, üstdəki, bişən, almaların, fındığı, qarışdırıb, yuxaların, tökək, darçını, üzərini, bişirək, qədər, dəqiqə”
BİZİ İZLƏYİN