Tərkibi:1 litr süd,
1 su st. şəkər tozu,
1 su st. un,
1 paket vanil,
200 ml qaymaq,
uşaq peçenyası,
çiyələk, banan
Hazırlanması:Bir qazana şəkər tozu, süd və unu əlavə edib, bişməsi üçün qaza qoyuruq. Bişdib, soyuduqdan sonra üzərinə qaymaq və vanili töküb, mikserlə yaxşıca çalırıq. Uşaq peçenyasını blenderdən keçirdirik. Qaba ilk öncə peçenya, üzərindən meyvə dilimləri, ardınca hazırladığımız qaymaqlı qarışımı qat-qat tökürük. Üzərini qoz və ya fıstıq tozuyla bəzəyirik.
Nuş olsun!
Etiketlər: qaymaq, şəkər, üzərindən, meyvə, dilimləri, peçenya, blenderdən, peçenyasını, ardınca, keçirdirik, hazırladığımız, fıstıq, tozuyla, bəzəyirik, Üzərini, tökürük, qaymaqlı, qarışımı, çalırıq, mikserlə