• Asan hazırlanan yarpaq qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 14 630

Tarix : 13-07-2018, 19:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qram otaq istiliyində yumşalmış marqarin
2 çay stəkanı şəkər kirşanı
1/2 çay stəkanı maye yağ
1 ədəd yumurta
2 yemək qaşığı nişasta
1 silmə çay qaşığı qabartma tozu
1 paket vanil
9 çay stəkanı un

Hazırlanması:
Bir yoğurma qabında marqarini, kirşanı şəkər tozunu, duru yağı və yumurtanı silikon bir spatula köməyi ilə yaxşı qarışdırın. Sonra nişasta, vanilin və qabartma tozunu da əlavə edib qarışdırın. Unu üzərinə əlavə edib yoğurun. Ələ yapışmayan xəmir əldə edəcəksiniz.

Hazırladığınız xəmiri streç filmlə sarın və soyuducuda 30 dəqiqə istirahət etdirin. Dincəlmiş olan xəmiri soyuducudan çıxarın və əlinizlə qoz büyüklğünde parçalar qopararaq yarpaq şəkli verin. Formalaşdırdığınız xəmirləri yağlı kağız sərilmiş bir soba xonçasına düzün. Bütün xəmiri formalaşdırdıqdan sonra bir bıçaq yardımı ilə üstlərinə yarpaq ornamenti verin. Əvvəldən isidilmiş 180 dərəcə sobada, üstləri bir az qızarana qədər təxminən 15 dəqiqə bişirin. Sobadan aldıqdan sonra kökələr tam soyuyana qədər məcməyidən almayın. Soyuduqdan sonra süfrəyə gözəl şəkildə servis edib nuşcanlıqla yeyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: xəmiri, sonra, stəkanı, qədər, tozunu, əlavə, yarpaq, qabartma, verin, dəqiqə, qarışdırın, qaşığı, şəkər, nişasta, kirşanı, nuşcanlıqla, formalaşdırdıqdan, yardımı, ornamenti, üstlərinə
BİZİ İZLƏYİN