• Qurabiyə dadında: Qlutensiz poğaça resepti

Reseptin məlumatları Baxış sayı: 12 857

Tarix : 31-10-2020, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 su stəkanı noxud unu,
1 ədəd yumurta ağı,
1 su stəkanı lor pendiri,
1/2 su stəkanı qatıq,
1 şirniyyat qaşığı qabartma tozu.

Üstü üçün:
1 ədəd yumurta sarısı,
1 yemək qaşığı çörək otu.

Hazırlanması:
Bütün ərzaqları bir qabda qarışdırın və əlinizlə gözəlcə yoğurun.
Noxud ununun şəkil alması bir az zor ola bilər.
İstəsəniz əlinizlə sıxışdırar , istəsənizdə bir dondurma qaşığının yardımı ilə şəkil verə bilərsiniz.
Şəkil verdiyiniz poğaçaları yağlı kağız sərdiyiniz bir soba sinisinə düzün, üstlərinə yumurta sarısı sürtün və üzərinə çörək otu səpin.
Əvvəlcədən sobanı 170 dərəcə qızdırın.
Əvvəlcədən qızdırdığınız sobada üstləri qızarana qədər 25 dəqiqə bişirin.
Sobadan aldıqdan sonra ilıq olaraq servis edin.

Nuş olsun!
Etiketlər: yumurta, stəkanı, əlinizlə, sarısı, qaşığı, şəkil, çörək, Əvvəlcədən, səpin, üzərinə, sürtün, sobanı, düzün, poğaçaları, verdiyiniz, yağlı, kağız, sinisinə, sərdiyiniz, üstlərinə
BİZİ İZLƏYİN