Tərkibi:1 yumurta
125g. marqarin və ya kərəyağı (yumşalmış)
1 su stəkanı pudra şəkəri
1 yemək qaşığı kakao
1 paket qabartma tozu
1 paket vanil
2,5 - 3 su stəkanı un
Hazırlanması:Yumşalmış marqarin ilə pudra şəkərini yaxşıca əzin.
Üzərinə yumurta, vanil, un və qabartma tozunu əlavə edib xəmir edin.
Xəmiri ikiyə ayırın. Yarısına bir yemək qaşığı kakao qarışdırın.
Hər iki xəmiridə bir az açın və üst üstə qoyun. Açmağa davam edərək düzbucaqlı şəkli verin və rulo edin.
Soyuducuda 20 dəqiqə gözlədin və istiləşməsinə icazə vermədən incə dilimlər halında kəsin.
175 dərəcədə isidilmiş sobada çəhrayılaşana qədər bişirin
Nuş olsun!
Etiketlər: kakao, yemək, paket, qabartma, vanil, pudra, qaşığı, marqarin, yumurta, stəkanı, istiləşməsinə, gözlədin, icazə, vermədən, dəqiqə, Soyuducuda, şəkli, düzbucaqlı, verin, dilimlər