• Milan peçenyesi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 367

Tarix : 4-08-2016, 22:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
170 q yumşaq kərə yağı
315 q şəkər pudrası
6 yumurtanın ağı
2 ç.q. vanil cövhəri
2 x.q. limon şirəsi
185 q un

krem:
1 st. yağlı qaymaq
150 q şokolad

Hazırlanması:
Yumşaq kərə yağı ilə şəkər pudrasını çalın.
Yumurta ağları, vanil cövhəri və limon şirəsini əlavə edib bir neçə dəqiqə çalın.
Unu əlavə edib daha 1 dəqiqə çalın.
Xəmiri konditer torbasına qoyun, perqament döşənmiş siniyə aralı-aralı 3 sm uzunluqda şəridlər salın.
180 dərəcə qızdırılmış sobada 10 dəqiqə, qızılı rəng alanadək bişirin.
Sobadan çıxarıb soyudun.
Krem: qaymağı vam odda qızdırın, şokolad əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.
Bir qədər soyudun.
Bir peçenyenin üzərinə krem çəkib, digərini üstünə qoyun. Bu qayda ilə hamısını hazırlayın. Krem donduqdan sonra süfrəyə verə bilərsiniz.

Milan peçenyesi resepti - FOTO RESEPT

Milan peçenyesi resepti - FOTO RESEPT

Milan peçenyesi resepti - FOTO RESEPT

Milan peçenyesi resepti - FOTO RESEPT

Milan peçenyesi resepti - FOTO RESEPT

Milan peçenyesi resepti - FOTO RESEPT

Milan peçenyesi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çalın, əlavə, dəqiqə, qoyun, aralı, soyudun, şokolad, şəkər, vanil, cövhəri, limon, Sobadan, bişirin, qarışdırın, alınanadək, kütlə, qızdırın, eynicinsli, çıxarıb, qaymağı
BİZİ İZLƏYİN