• Türk paxlavası resepti

Reseptin məlumatları Baxış sayı: 66 734

Tarix : 15-06-2016, 19:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
Xəmir üçün:

Yumurta – 2 ədəd
Süd – 1 st
Yağ – 150 qr
Maya – 20 qr
Qarğıdalı nişastası
Un – apardığı qədər

İçi üçün:
Qoz – 300 qr
Yağ – 600 qr

Şərbət üçün:
Şəkər tozu – 0.5 kq
Su -1 st

Hazırlanması:
Əvvəlcə süd, yumurta, yağ, maya və unu qatıb, xəmiri hazırlayın, və acımağa qoyun.
Xəmir hazır olduqdan sonra kündələri (qozdan bir az böyük) hazırlayın.
7 kündə götürüb, onları balaca açın,aralarına çoxlu nişasta səpib,üst-üstə qoyun.
Oxlov vasitəsilə üst-üstə yığdığınız yuxaları açın.
Tavanı yağlayıb,açdığınız yuxaları,bir-bir tavaya düzüb,aralarını yağlayın.
Üzərinə çəkilmiş qoz töküb, yenə 7 kündəni eyni qaydada açıb,üzərinə düzün. Kvadrat şəklində doğrayıb,sobaya qoyun.
Bişənə yaxın üzərinə hazırladığınız şərbəti əlavə edib, 8 dəq sobada saxlayıb götürəbilərsiniz. Artıq servisə hazırdır

Nuş olsun!
Etiketlər: qoyun, hazırlayın, üzərinə, yuxaları, Xəmir, töküb, kündəni, düzün, çəkilmiş, qaydada, Üzərinə, yağlayıb, Tavanı, tavaya, düzüb, yağlayın, aralarını, Kvadrat, doğrayıb
BİZİ İZLƏYİN