• Pendirli raviolli dörd növ pendir sousu ilə resepti

Reseptin məlumatları Baxış sayı: 2 196

Tarix : 29-03-2018, 12:00

Bölmə : Souslar / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : barakat.az


Tərkibi:
dondurulmuş raviolli,
qaymaq,
Qrand Padana pendiri,
Mosarella pendiri,
Qorqondzolla pendiri,
Qauda pendiri,
reyhan,
çerri pomidorları

Hazırlanması:
1. Raviollinin hazırlanması üçün dərin qazan alın, 1 porsa 0.7-1 l. hesabı ilə su doldurun. Oda qoyun və qaynamasını gözləyin.

2. Dondurulmuş raviollini qablaşdırmadan çıxardın və doğranma axtasının üzərinə düzün ki bir qədər donu açılsın.

3. Tavaya qaymaq əlavə edin və qızması üçün qoyun zəif oda qoyun.

4. Pendirləri xırda dördbücaqlar şəkilində doğrayın və qaymağın üzərinə əlavə edin. Pendirin tam əriməsini gözləyin. Bu 1-2 dəqiqədən çox vaxt almayacaq.

5. Raviollini diametri qazanın diametrindən az olan əliyin üzərinə düzün. Ələyi 7-10 dəqiqəlik az duzlanmış və bitki və ya zeytun yağı əlavə olunmuş suya yerləşdirin. Xəmir ağarmalıdır. Hazırlanmasını yoxlayın. Ələyi qaynyan sudan çıxardın. Suyu süzdürün.

*Əgər ələyiniz yoxdursa, raviollini duzlanmış və bitki və ya zeytun yağı əlavə olunmuş qaynayan suya 7-10 dəqiqəlik kəfgirlə tutaraq atın. Suyun bərk qaynamasına imkan verməyin.

6. Hazır raviollini qaba yerləşdirin. Pendir sousunu üzərinə əlavə edin. Reyhan və çerri pomidorları ilə bəzəyin. Zövqünüzə görə raviollinin üzərinə sürtülmüş Qrand Padana pendirini də əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, pendiri, qoyun, raviollini, düzün, yerləşdirin, qaymaq, Padana, gözləyin, olunmuş, zeytun, Ələyi, dəqiqəlik, duzlanmış, bitki, Qrand, çıxardın, pomidorları, çerri
BİZİ İZLƏYİN