Tərkibi:1 baş soğan
250 q şampinyon
1 x.q. zeytun yağı
2 toyuq filesi
100 q ispanaq
2 dolu x.q. un
1 st. qaymaq
1 st. toyuq bulyonu
duz
istiot
16 nazik blinçik
Hazırlanması:1,5 st. sürtgəcdən keçirilmiş pendir
Soğanı nazik halqa, göbələyi nazik fal-fal, toyuğu quşbaşı doğrayın.
Zeytun yağını qızdırın. Soğanı 2 dəqiqə, yumşalınca qovurun. Göbələyi əlavə edib qarışdıraraq 8-10 dəqiqə, suyu tam çəkilincə bişirin.
Ocağı azaldın. Un əlavə edib, qarışdıraraq qovurun. Toyuq bulyonu ilə qaymağı əlavə edib qarışdırın. Qaynara düşəndə doğranmış ispanaqla toyuğu əlavə edin. 5 dəqiqə, sous qatılaşanadək qarışdıraraq bişirin. Duz-istiot vurun. Soyudun.
İçdən blinçiklərin arasına qoyaraq bükün, "tikişi" aşağı olmaqla formaya düzün.
Birinci laya 8 blinçik qoyub üzərinə yarım stəkan pendir səpin. Blinçiklərin qalanını düzüb pendirin də qalanını üzərinə səpin.
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, üzəri qızaranadək bişirin.
Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, nazik, bişirin, qarışdıraraq, Soğanı, qalanını, toyuğu, qovurun, səpin, üzərinə, pendir, toyuq, bulyonu, istiot, blinçik, blinçiklərin, Soyudun, düzün, İçdən