• Bilməniz gərəkən 7 xəmir növü - qat qat xəmir resepti

Reseptin məlumatları Baxış sayı: 3 971

Tarix : 20-04-2018, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Qat-qat xəmirlə istər ətli və tərəvəzli piroq və peroşki, istərsə də pirojna və s. bişirə bilərsiniz. Bu xəmiri hazırlamaq elə də çətin olmasa da, bəzi incəlikəri var.
-Duz, uksus və limon kislotası xəmirə elastiklik və dad verdiyi üçün reseptdə göstərilən miqdara diqqət etmək lazımdır
-Süd xəmirə ləziz dad verdiyi kimi onun elastikliyini itirir. Ona görə də südü su ilə 1:1 miqdarında qarışdırın
-İstifadə olunan yağ soyuq, amma donmuş olmamalıdır. Bərk yağ hissələri xəmirə yaxşı qarışmayacaq
-Xəmiri nə qədər çox qatlayıb yayarsanız bir o qədər çox qatları olar
-Xəmiri özünüzdən kənara olmaq şərti ilə eyni sürətlə yayın. Yayarkən xəmirdən kənara çıxmayın ki, qatlatın strukturunu zədələməyəsiniz
-Xəmiri sobaya verməmişdən əvvəl üzərinə kəsiklər atın ki, çox şişib forması itməsin
-Qat qat xəmir ilə nəsə bişirən zaman 220C dərəcədən aşağı bişirməyin, əks təqdirdə qatlat qalxmayacaq, çox yüksək dərəcədə isə yanacaq

Tərkibi:
Un- 300qr
Kərə yağı – 150 qr
Süd (su ilə qarışdırılmış) – 2-3 x/q
Uksus – 1 ç/q
Yumurta – 1 ədəd
Duz

Hazırlanması:
Quru qabın içinə 150 qr un qoyub ortasında çuxur açın və yumurta, uksus, süd , duz əlavə edin. Köpük əmələ gələnə qədər yaxşıca qarışdırın və xəmir yoğurun. Kənarda yağı xırda hissələrə doğrayın və qalan yağı əlavə edib xəmir yoğurun. Xəmiri çox yoğurmaq lazım deyil.
Birinci yoğurduğunuz xəmiri nazik yayın və ortasına digər yağlı xəmiri qoyub zərf formsında bükün. Xəmiri yayıb un səpin, ikiyə qatlayın və 30 dəqiqə soyuducuya qoyun. Daha 4 dəfə yayın, hər dəfəsində ikiyə qatlayıb 10 dəqiqə soyuducuya qoyun. Hissələrə bölüb içliyi qoyaraq 220C dərəcə sobada bişirin.

Nuş olsun!
Etiketlər: Xəmiri, xəmiri, yayın, xəmirə, xəmir, qədər, uksus, qarışdırın, əlavə, dəqiqə, verdiyi, ikiyə, soyuducuya, yoğurun, qatlayıb, kənara, qoyun, qoyub, ortasında, çuxur
BİZİ İZLƏYİN