Tərkibi:1 fincan ilıq su
1/4 fincan süd
1 ç.q. şəkər tozu
1,5 ç.q. duz
3 fincan un
1 x.q. quru maya
3-4 x.q. bitki yağı
qatıq (üstünə vurmağa)
Hazırlanması:İlıq suda mayanı və şəkər tozunu əridin. Bir az gözləyin, qabardıqdan sonra yağ, süd, duz və un əlavə edərək xəmir yoğurun. Üstünü örtüb isti yerə qoyun. İki dəfə şişməlidir. Barmaq nazikliyində yayın. Üzərinə qatıq çəkib 230 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.
Nuş olsun!
Etiketlər: fincan, qatıq, şəkər, Üzərinə, yayın, çəkib, nazikliyində, şişməlidir, qoyun, dərəcə, Barmaq, sobada, bişirin, olsun, qədər, qızarana, örtüb, üzəri, qızdırılmış, yoğurun