• Könlü balıq istəyənin balıq pəhrizi köməyinə gələr

Reseptin məlumatları Baxış sayı: 3 240

Tarix : 8-06-2017, 11:00

Bölmə : Pəhriz (diet)


El arasında belə bir deyim var: "balığı r hərfi olan aylarda yeyərlər".

Səhər yeməyi
2 fincan çay ( yaşıl olsa daha yaxşıdır), 1 və 2 ədəd yumurta ( ürəyin necə istəyirsə elə də yeyə bilərsən), 1-2 ədəd yoqurt və ya 1 qab yağsız kəsmik, 1 həb C vitamini ( 2-3 gündən sonra bu həbi meyvə ilə də əvəz etmək olar).

Saat 11:00
Bir stəkan su ilə başlayın. İlk növbədə 150 qram balıq ye ki, aclıq hissi azalsın. Bir az keçəndən sonra naharı daha 100 qram balıq və çiy tərəvəzlərlə davam etdir. Sonda meyvə yesən yaxşıdır. Duz və istiotdan bacardığın qədər az istifadə et.

Nahar
İki stəkan su mütləqdir. 250 qram balıq (istədiyin kimi hazırlaya bilərsən amma əsas odur ki, yağsız bişsin) və ya istənilən dəniz məhsulu. Qarnir üçün üzərinə limon şirəsi sıxılmış kahı, çiy və ya bişmiş bolqar bibəri, xiyar, brokkoli və yaşıl lobya istifadə edə bilərsən. Nahardan sonra da 2 saat müddətində su içmək məsləhətli deyil.

Saat 17:00
Bir stəkan su ilə başlayın. Ümumiyyətlə gün ərzində ən azı 1.5 litr su içmək lazımdır. Şam yeməyi naharın təkrarıdır. Yatmamışdan əvvəl isə bir fincan xüsusi, arıqladıcı çay için. Məsələn, zəncəfilli çay ola bilər.

Qeyd edək ki, bu pəhriz 10 gün saxlanılır. Hər gün yuxudan duranda mütləq bir stəkan qazsız mineral su iç. Bundan əlavə pəhrizin müddəti bitdikdən sonra arıqlamağın hissinə qapılıb əvvəlki kimi şirniyyata, yağlı yeməklərə aludə olma. Əks halda nəticə tez bir zamdan mənfiyə doğru dəyişilər.
Etiketlər: balıq, stəkan, sonra, bilərsən, içmək, yaşıl, fincan, yaxşıdır, başlayın, yeməyi, yağsız, istifadə, meyvə, təkrarıdır, Yatmamışdan, naharın, lazımdır, doğru, əvvəl, xüsusi
BİZİ İZLƏYİN