• Pesto sousu ilə çörək resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 900

Tarix : 2-10-2014, 17:00

Bölmə : Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Çox yumşaq, qazmaq kimi xırtıldayan dadlı çörəkdir. Onu məhz çörək bıçağı ilə doğrayıb isti-isti yemək lazımdır.

Tərkibi:
390 q buğda unu
250 ml su
15 q quru maya
1,5 ç.q. duz
1 x.q. patoka (yaxud bal)
1 x.q. bitki yağı
3 x.q. pesto sousu

Hazırlanması:
Dərin ləyənə unu ələyin. Suyun qalanını və mayalı suyu əlavə edib qarışdırın. Duz, bitki yağı əlavə edib yumşaq xəmir hazırlayın. Kombaynda, yaxud mikserdə də çala bilərsiniz. Xəmir ələ yapışmamalıdır.
Pesto sousu ilə çörək resepti - FOTO RESEPT


Kündə tutun. Ləyənə qoyun, üzərini salfetlə örtün. İsti yerdə 40-60 dəqiqə saxlayın. Bu müddətdə həcmi iki dəfə artmalıdır.
Pesto sousu ilə çörək resepti - FOTO RESEPT


Masanın üstünə un səpin. Kündəni üstünə qoyun. Əlinizlə bir azca üstündən basın. 45x30 sm ölçüdə yayın. Üstünə pesto sousu çəkin.
Pesto sousu ilə çörək resepti - FOTO RESEPT


Xəmiri uzun tərəfindən başlamaqla rulet kimi bükün. Qıraqlarını yaxşıca bərkidin ki, bişəndə yağı axmasın.
Pesto sousu ilə çörək resepti - FOTO RESEPT


Sonra onu ilgək kimi bükün (yumşaq). Çevirin (bitişən hissələri altda qalsın).
Pesto sousu ilə çörək resepti - FOTO RESEPT


Üstünə salfet çəkin. Təxminən 40 dəqiqə saxlayın.
Pesto sousu ilə çörək resepti - FOTO RESEPT


Sobanı 200 dərəcəyədək qızdırın. Sini sobanın içində olsun. Kündəni qaynar siniyə qoyun, sinini isə sobanın ən aşağı gözünə. Təxminən 30 dəqiqə bişirin.
Pesto sousu ilə çörək resepti - FOTO RESEPT

Pesto sousu ilə çörək resepti - FOTO RESEPT


Çörəyi dəmir şəbəkənin üstündə azca soyudun. Çörək bıçağıyla doğrayıb, isti-isti süfrəyə verin.

Nuş olsun!
Etiketlər: dəqiqə, yumşaq, qoyun, Üstünə, sobanın, olsun, əlavə, saxlayın, çəkin, Kündəni, üstünə, bükün, bitki, Təxminən, doğrayıb, yaxud, yaxşıca, soyudun, üstündə, Qıraqlarını
BİZİ İZLƏYİN