• Qat-qat xəmirdən peraşki resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 29 982

Tarix : 15-12-2015, 13:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
qat-qat xəmir (hazır mağazadan alınmış)
1 ədəd yumurta sarısı
küncüt və ya çörək otu

İçlik üçün:
2-3 ədəd kartof (ət, ciyər də istifadə eləmək olar)
1 ədəd soğan

Hazırlanması:
Kartofun qabığı soyulur, yuyulur, üzərinə su tökülüb bişənə kimi qaynadılır.

Soğan soyulur, doğranılır və yağda qızardılır.

Kartof bişdikdən sonra üzərinə qızardılmış soğan əlavə olunub əzmə (püre) halına salınır.

Xəmir oxlov köməyi ilə 1 sm qalınlığda açılır və içinə püredən qoyulub ağzı istədiyimiz formada bağlanılır.

Üzərinə yumurta sarısı vurulub, zövqə görə küncüt və ya çörək otu səpilir.

Əvvəlcədən 190 dərərcədə isidilmiş sobada 20-25 dəqiqə bişirilir.

Qat-qat xəmirdən peraşki resepti - FOTO RESEPT

Qat-qat xəmirdən peraşki resepti - FOTO RESEPT

Qat-qat xəmirdən peraşki resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çörək, soyulur, küncüt, üzərinə, yumurta, sarısı, ərzaqlar, soğan, istifadə, qalınlığda, püredən, içinə, köməyi, olunub, əlavə, qızardılmış, halına, salınır, oxlov
BİZİ İZLƏYİN