• Yaşıl əriştə resepti

Reseptin məlumatları Baxış sayı: 12 408

Tarix : 3-09-2016, 21:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
550 q un
250 q dondurulmuş ispanaq (təzəsi də olar)
4 yumurta
2 x.q. zeytun yağı
1/2 ç.q. duz

Hazırlanması:
İspanağı qazana yığıb qapağını qoyun, vam odda arada qarışdıraraq əriyənədək bişirin, əridikdən sonra daha 5 dəqiqə bişirin. Blenderdə pasta halını gələnədək xırdalayın.

Ləyənə un, duz, yumurta, ispanaq pastası və zeytun yağı töküb əvvəlcə taxta qaşıqla qarışdırın, sonra əlinizlə yoğurun. Xəmir elastik olmalı, ələ yapışmamalıdır. Əgər çox bərkdirsə, bir az da yağ qatın, çox yumşaqdırsa - un.

Üzərinə dəsmal çəkib 1 saat otaq temperaturunda saxlayın. Sonra yayıb əriştə kimi doğraya, ya da makaron (kəpənək) düzəldə bilərsiniz. Sonra isə mütləq qurudun. Əgər dərhal bişirməyəcəksinizsə, qurutduqdan sonra paketə yığıb dondurucuda saxlayın.

Nuş olsun!
Etiketlər: sonra, yığıb, saxlayın, bişirin, ispanaq, Sonra, zeytun, yumurta, yayıb, temperaturunda, çəkib, yumşaqdırsa, yapışmamalıdır, olmalı, bərkdirsə, qatın, Üzərinə, əriştə, dəsmal, kəpənək
BİZİ İZLƏYİN