• İtalyan mətbəxindən fokaçça resepti

Reseptin məlumatları Baxış sayı: 3 693

Tarix : 10-07-2017, 19:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
Xəmir üçün:
1stakan un
0,5stakan gardalı unu
0,5 stakan ilıg su
2y.g. zeytun yağı
1-2cimdik duz
0,5 ç.g şəkər tozu
0;5 ç.g. guru maya

Üstü üçün:
Çerri pomidor 3-4
Zeytun yağı 1y.g.
Balzamık sirkə 1y.g.
Sarımsag 1-2 diş
Duz,istiot
İtalyan ot garışığı

Hazırlanması:
1.Öncə ilıg suyun içinə şəkəri və mayanı əlavə edin,garışdırın.5-10 dəg gözləyin ki, maya galxsın.
2.Gabın içinə hər iki un növünü ələyin, ortasında çuxur açın və zeytun yağını əlavə edin. Sonra mayalı suyu az-az tökərək, çox yumuşag, ələ yapışmayan xəmir yoğurun. Xəmir çox sərt olmamalıdır.
3. Xəmirin üstünə bez örtüb, goyun bir kənarda 1 saat galsın.
4. Pomidoru xırda doğrayın, sarımsağı lap xırda doğrayın, duz,istiot, gurudulmuş italyan ot garışımından səpin, üstünə zeytun yağı və balzamik sirkə gəzdirib, garışdırın.
5. Mayalanmış xəmiri əllərinizlə yastılayın və yumru, nazik bir köppəcə şəklinə gətirin. Mən diigətsizlik elədim və galın yaydım, biraz nazik olsaydı daha yaxşı olardı))
Üstünə pomidorları səpin, tam gıraglara çıxmadan və isti sobaya göndərin. 200t 15-20dəg bişirin.

Nuş olsun!
Etiketlər: zeytun, nazik, garışdırın, içinə, istiot, səpin, sirkə, doğrayın, üstünə, Xəmir, xırda, əlavə, balzamik, çıxmadan, garışımından, gəzdirib, Mayalanmış, əllərinizlə, xəmiri, italyan
BİZİ İZLƏYİN