• Düyü və pomidorla sformato resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 765

Tarix : 28-10-2016, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q uzun düyü
3-4 ədəd orta boy qabaq
250 q çerri pomidoru
300 q rikotta və ya ev kəsmiyi
400-500 ml qatıq
6-8 x.q. zeytun yağı
1 dəstə reyhan
1 dəstə nanə
1 dəstə şüyüd (cəfəri də olar)
dəniz duzu
qara istiot
1 limonun şirəsi
üzüm sirkəsi

Hazırlanması:
Düyünü bişirib süzün, soyudun. Düyüyə xırda doğranmış şüyüd, nanə, yarım dəstə reyhan, rikotta, qatıq, limon şirəsi, duz, istiot, 3-4 x.q. zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Dadına baxıb duz-istiotunu ayarlayın.
Qabağı uzununa nazik doğrayın.
İri qazanda su qaynadın. Duz vurun. Qabaq dilimlərini 3-4 dəqiqə qaynayan suda saxlayın. Çıxarıb aşsüzənə düzün.
Formanın (silikon deyilsə, içinə zeytun yağı çəkin) içinə qabaq dilimlərini çiçək ləçəkləri kimi yanaşı düzün, kənarları azca qırağa çıxsın.
İçi töküb hamarlayın. Qabaqların kənarda qalan hissələrini üzərinə qatlayın. Üzərinə qida plyonkası çəkib soyuducuda ən az 2, ən yaxşısı isə 4-6 saat saxlayın.
Çerri pomidorlarını ortadan bölün, duz-istiot vurun. Doğranmış reyhanla qarışdırın. Üzərinə sirkə və zeytun yağı gəzdirin.
Sformatonu soyuducudan çıxarın, qida plyonkasını açın, boşqaba tərs çevirin.
Üzərinə pomidorları düzün. Zeytun yağı gəzdirin.

Düyü və pomidorla sformato resepti - FOTO RESEPT

Düyü və pomidorla sformato resepti - FOTO RESEPT

Düyü və pomidorla sformato resepti - FOTO RESEPT

Düyü və pomidorla sformato resepti - FOTO RESEPT

Düyü və pomidorla sformato resepti - FOTO RESEPT

Düyü və pomidorla sformato resepti - FOTO RESEPT

Düyü və pomidorla sformato resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: zeytun, dəstə, düzün, Üzərinə, istiot, qarışdırın, şirəsi, vurun, qabaq, gəzdirin, içinə, dilimlərini, saxlayın, şüyüd, reyhan, qatıq, rikotta, ləçəkləri, qalan, hissələrini
BİZİ İZLƏYİN