• Turş Adana şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15 879

Tarix : 21-12-2014, 13:00

Bölmə : Ət yeməkləri / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q qiymə
250 q makaron
150 q noxud
6 diş sarımsaq
1 limonun suyu
150 q yağ
bulyon və ya su
duz
istiot
qırmızı pul istiot və quru nanə

Hazırlanması:
Noxudu axşamdan yuyub isladın, sabahı gün 2 litr suda bişirin. Bişənə yaxın makaron əlavə edib qaynatmağa davam edin. Sürtgəcdən keçirilmiş 1 baş soğan, qiymə, duz, istiotu qarışdırıb noxud boyda küftələr düzəldin. Bunları 100 q yağda bişirdikdən sonra qazandakı noxud və makaronun üzərinə əlavə edin. 1 st. limon şirəsi töküb bir buğum qaynadın. 1 ç.q. qırmızı istiot, 1 ç.q. nanə, duz və qara istiotu 50 q yağda qızarıb şorbaya qatın.

Nuş olsun!
Etiketlər: noxud, istiot, yağda, əlavə, makaron, qırmızı, qiymə, istiotu, sonra, qazandakı, bişirdikdən, küftələr, makaronun, Bunları, düzəldin, töküb, qızarıb, şorbaya, qatın, olsun
BİZİ İZLƏYİN