• Ev üsulu pomidor şirəsi resepti

Reseptin məlumatları Baxış sayı: 23 979

Tarix : 3-04-2016, 09:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd yaxşı yetişmiş pomidor
1 ədəd limonun suyu
2 yemək qaşığı sirkə
1 kiçik qaşıq toz qırmızı bibər
0,5 kiçik qaşıq əzilmiş istot
Duz (istəyə görə)

Hazırlanması:
Pomidorlar yuyulur. Sonra pomidorların qabıqları soyulur. Pomidorun özəyi çıxardılır. Qabığı soyulub özəyi çıxardılan pomidorlar 4 hissəyə bölünür və blenderdən keçirdilir.

Blenderdən keçirdilən pomidorların üzərinə 1 ədəd limonun suyu, 2 yemək qaşığı sirkə, 1 kiçik qaşıq toz qırmızı bibər və 0,5 kiçik qaşıq əzilmiş qara istiot tozu əlavə edilir.

Bunlar da yaxşıca qarışdırılır.

Hazırlanan pomidor şirəsi şüşə bir qaba qoyulur və soyuducuda biraz soyuduqdan sonra süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: qaşıq, kiçik, bibər, əzilmiş, özəyi, pomidorların, sirkə, qırmızı, qaşığı, pomidor, limonun, yemək, yaxşıca, keçirdilən, Blenderdən, Bunlar, istiot, qarışdırılır, üzərinə, əlavə
BİZİ İZLƏYİN