• Toyuq kababı resepti

Reseptin məlumatları Baxış sayı: 20 865

Tarix : 29-12-2017, 11:30

Bölmə : Kabablar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Oktay Usta


Tərkibi:
2 dənə toyuq sinəsi
1 dənə quru soğan
Yarım dəstə cəfəri
2 diş sarımsaq
1 dənə yumurtanın ağı
2 xörək qaşığı un
Duz
Qara bibər
Kimyon

Hazırlanması:
Əvvəlcə toyuğun sinə ətini mətbəx robotunda qıyma edək, soğanı rəndələyək, cəfərini ayırd edib yuyaq incə-incə doğrayaq. Sarımsağı təmizləyib əzək. Bütün vəsaiti qarışdırma qabına əlavə edək, üzərinə yumurta ağı, unu, qara bibəri duzu və kimyonu əlavə edək və yaxşıca yoğuraq.
Sobanı yandıraq, hazırladığımız içliyi çöp şişlərə əlimizin köməyi ilə keçirək sobada bişməyə buraxaq.
Kababımız hazır olduğunda qızarmış kartofla servisə təqdim edə bilərik.

Nuş olsun!
Etiketlər: əlavə, yandıraq, Sobanı, hazırladığımız, içliyi, şişlərə, yoğuraq, kimyonu, üzərinə, qabına, yumurta, bibəri, əlimizin, yaxşıca, köməyi, kartofla, qızarmış, servisə, təqdim, olsun
BİZİ İZLƏYİN