• Alma cemi resepti

Reseptin məlumatları Baxış sayı: 66998

Tarix : 21.06.2014, 18:01

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kilo alma (təxminən 10 ədəd alma,sortunun heç bir fərqi yoxdur. Yaxşı alınması üçün eyni zamanda həm turş,həm də şirin növündən istifadə oluna bilər)
1 fincan alma qabığı və özəyindən alınmış sirkə (şirə – bunu soyduğunuz almanın qabığı və özəyindən əldə edəcəksiniz)
2 fincan su
2 fincan şəkər tozu
3 xörək qaşığı təzə sıxılmış limon şirəsi
1/3 çay qaşığı döyülmüş darçın
1/3 çay qaşığı döyülmüş hil
1/8 çay qaşığı döyülmüş yel cevizi (cövüz, rusca – мускатный орех)
1/8 çay qaşığı döyülmüş mixək
1/8 çay qaşığı döyülmüş zəncəfil

Hazırlanması:
Yuyulmuş almaların qabığı soyulur və özəyi çıxarılır,amma bunlar atılmır,ayrıca saxlanır. Almalar zolaq şəklində,qalın halda doğranılır. Qabıq və özək şirəçəkəndən keçirilib şirəsi çıxarılır. Bizə 1 fincan şirə lazım olacaq.

Alma,sirkə və ərzaqların qalan hissəsi böyük qazana tökülüb üstü açıq halda orta tempraturda bişirilir. Almalar yumşalanadək, təxminən 45 dəqiqə, qazan taxta qaşıqla qarışdırılmalıdır ki,içindəkilər bərkiməsin və yanmasın. Sonra isə kartof əzən yaxud çəngəllə almalar əzilib püre halına salınır.

Hazır alma püresi başqa, balaca qazana boşaldılıb üzərinə zövqə görə ədviyyat vurulur. Vam odda üstü açıq halda bişirilir. Təxminən 1.5-2 saat cem halına gələnə, qatılaşıb rəngi tündləşincəyədək (karamel rəngi alana kimi) bərkiməsin və yanmasın deyə püre tez-tez qarışdırılır. Sonra isə odun üzərindən götürülüb soyudulur. Soyuduqdan sonra banka və ya hava keçirməyən kip qablara tökülüb ağzı bağlanmalıdır. 2 aya qədər soyuducuda saxlamaq olar.

Nuş olsun!

Etiketlər: qaşığı, döyülmüş, fincan, halda, qabığı, yanmasın, özəyindən, Sonra, Almalar, şirəsi, rəngi, çıxarılır, halına, sirkə, qazana, bişirilir, bərkiməsin, təxminən, tökülüb, Hazır
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Nurlana007
ölurem mirebe ucun cayya cox sevirem
11 iyul 2014 12:40
2
Offline
deniz_666
menim murebbeden coxxxxxxx xosum gelir canim
21 iyun 2014 19:16
1
BİZİ İZLƏYİN




Yandex.Metrica