• Pəhriz saxlayanlar üçün kəsmikli bulka resepti

Reseptin məlumatları Baxış sayı: 507

Tarix : 13.11.2017, 12:00

Bölmə : Pəhriz yeməkləri, Xəmir işləri, Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 3 stəkan tam buğda, ya da çovdar unu (Çovdar unu ilə bişirsəniz, xəmirin qatı olmaması üçün un 3 stəkandan az olsun)
- 1 stəkan qatıq
- 2 yumurta
- 1/2 su stəkanı zeytun yağı
- 1 paket qabartma tozu
- Bir çimdik duz
- Bir az doğranmış şüyüd

İçlik üçün:
- kəsmik
- Bir az doğranmış şüyüd

Hazırlanması:
Yumurtanın birinin sarısını ayrı kasaya qoyun (sonra bulkanın üzərinə çəkiləcək). Bir yumurta, yumurtanın ağı, qatıq və zeytun yağını çırpın. Ayrı bir qabda 1 stəkanı un, duz və qabartma tozunu qarışdırın. Yumurta və zeytun yağı qarışımını unun üstünə tökün və yoğurmağa başlayın. Qalan 2 stəkan unu da az-az tökün və ələ yapışmayacaq xəmir olana qədər yoğurmağa davam edin. Axırda doğranmış şüyüdü də əlavə edin və təkrar yoğurun. Xəmiri 18-20 kündəyə ayırıb yumrulayın.

Başqa qabın içində kəsmiklə şüyüdü də qarışdırın. Kündələri əlinizlə açıb ortasına bir çay qaşığı içlik qoyun və yaxşıca bağlayın. Yağlı kağız sərilmiş qaba düzün, üstünə yumurta sarısını sürtün. İstəsəniz, çörəkotu da səpə bilərsiniz. Əvvəldən isidilmiş sobada 180 dərəcədə üstü qızarana qədər bişirin.

Nuş olsun!

Etiketlər: zeytun, stəkan, yumurta, doğranmış, yoğurmağa, tökün, üstünə, qoyun, şüyüdü, sarısını, qarışdırın, şüyüd, qabartma, qədər, stəkanı, qatıq, təkrar, əlavə, içində, Kündələri
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica