• Kəsmikli bulka (vatruşka) resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 64 290

Tarix : 15-06-2014, 15:05

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmiri üçün:

30 q maya
250 ml süd
5 x.q. şəkər tozu
450 q un
50 q yağ
0,5 ç.q. duz

İçlik üçün:
500 q kəsmik
4 yumurta
4 x.q. şəkər tozu
1x. q. duru yağ
2 x.q. xama
1 x.q. un
Vanil

Hazırlanması:
Bütün xəmir ərzaqlarından yumşaq xəmir yoğururuq. 2 saat dinləndiririk. Bu arada içliyi hazırlayırıq. İçliyin bütün ərzaqlarını birlikdə qarışdırırıq. Daha sonra xəmirdən yumurta böyüklüyündə kündələr düzəldirik. Kündələri 20 dəqiqə daha dinləndiririk. Daha sonra kündələrin ortasında stəkanla deşiklər açırıq.
Kəsmikli bulka (vatruşka) resepti - FOTO RESEPT

İçlik əlavə edirik.
Kəsmikli bulka (vatruşka) resepti - FOTO RESEPT

Üzərinə yumurta çəkirik. 200 C 30–35 dəqiqə bişiririk.

Nuş olsun!
Etiketlər: yumurta, dəqiqə, xəmir, dinləndiririk, sonra, İçlik, şəkər, stəkanla, kündələrin, ortasında, düzəldirik, kündələr, deşiklər, Kündələri, əlavə, bişiririk, olsun, çəkirik, Üzərinə
BİZİ İZLƏYİN