• Benedick yumurtası resepti

Reseptin məlumatları Baxış sayı: 2 508

Tarix : 29-06-2018, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 yumurta
1 çörək dilimi və ya bulkanın alt tərəfi
1 dilim qızıl balıq (kolbasa, bujenina, vetçina, ət, bekon ola bilər)
kərə yağı

Holland sousu üçün:
1 pors üçün:

60 qr. kərə yağı
1/4 ç.q. yumru qara istiot
3 x.q. su
1/4 ç.q. duz
1 yumurtanın sarısı
2 x.q. limon suyu
1/2 x.q. ağ sirkə (üzüm, alma)

Hazırlanması:
1.Əəvvəl sousu hazırlayaq.
Yağı əridib qoyuruq qırağa.
Qara istiotu bıçaqla yaxşı əzirik. Balaca qazanın içinə istiotu, suyu, sirkəni əlavə edirik və biraz qaynadırıq. Duz əlavə edirik.
Alınmış qarışımı narın süzqəcdən süzürük, bizə yalnız suyu lazım olacaq. Qalan istiotu atırıq.
Yumurtanın sarısını 1 x.q. suynan yaxşı çalırıq. İçinə istiotlu suyu əlavə edirik və qarışdırırıq.
Su vannasını edib yumurta sarısını buxarda 5 dəqiqə ərzində qarışdırırıq. Sous yaxşı qatışmalıdır. Qatılaşanda buxardan götürürük və içinə əritdiyimiz kərə yağını əlavə edirik.
Sous hazırdır.
2.İndi yumurtanı bişirməliyik. Bu üsülla bişən yumurta Paşot adlanır. Çünki suda qabığsız bişirilir.
İdeal paşot bişirmək üçün əvvəldən yumurtanız soyuq olmalıdır.
Dərin qazanı suyla doldurun içinə 1/2 x.q. sirkə tökün. Sirkə yumurtanın dağılmasının qarşısını alır. Yumurtanı balaca stakana sındırın. Görəndə ki, qazanın dibində su qabarmağa başlayır, qaşıqla suyu elə fırladın ki suda ağızlıq yaransın. Yumurtanı o ağızlığın içinə yavaş tökürük. Düz 3 dəqiqə sonra atəşi sondururuk və yumurtamızı suda 5 dəqiqə əlavə gözlədirik.
Sonra yavaş çıxardırıq və salfetin üstünə qoyuruq ki, suyu çəkilsin.
3.İndi isə Benedikti yığaq.
Çörəyi kərə yağında biraz qızardırıq. Boşqaba qoyuruq, üstünə qızıl balıq sonra yumurta və sonda Holland sousumuzu üstünə tökürük

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, yumurta, içinə, edirik, istiotu, yaxşı, qoyuruq, dəqiqə, üstünə, sonra, tökürük, yavaş, qarışdırırıq, sarısını, Yumurtanı, qazanın, sirkə, biraz, qızıl, sousu
BİZİ İZLƏYİN