• Yumurta və un olmadan 2 ərzaqla ləziz blincik resepti

Reseptin məlumatları Baxış sayı: 3 316

Tarix : 9-11-2019, 12:00

Bölmə : Qəlyanaltılar / Praktik reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd dəymiş banan
2 ədəd yumurta
1 yemək qaşığı limon suyu

Hazırlanması:
Bananın qabığını soyub blenderdə yaxşıca çalın. Üzərinə limon suyu və yumurtaları da əlavə edib bir az daha çalın.
Günəbaxan yağıyla yağlanmış və qızdırılmış tavaya yemək yemək qaşığı ilə xəmirdən tökün. Qapağını bağlayın. Üzəri mat olandan sonra, qapağı açın və hər blincikin üzərinə daha bir yemək qaşığı da xəmir əlavə edin. Ehtiyyatla əlavə edin ki kənarlara yayılmasın. İkinci qat da mat olandan sonra yenə hərəsinə daha bir yemək qaşığı xəmir əlavə edin. Bu halda bişirdiyiniz blinçiklər daha havali və yumşaq olacaq. Bir az özünü tutandan sonra çəngəllə çevirib o biri üzünü də qızardın.
Üzərini qaymaqla, balla və ya banan dilimləri ilə bəzəyib servis edə bilərsiz.

Nuş olsun!
Etiketlər: yemək, qaşığı, əlavə, sonra, çalın, olandan, xəmir, limon, banan, havali, özünü, blinçiklər, olacaq, yumşaq, halda, yayılmasın, İkinci, hərəsinə, tutandan, bişirdiyiniz
BİZİ İZLƏYİN