• Çeçil pendir (motal pendiri) resepti - Video resept

Reseptin məlumatları Baxış sayı: 20 040

Tarix : 8-12-2015, 14:00

Bölmə : Qəlyanaltılar / Turşular / Video reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yağsız inək südü: 7-8 L
Turşumuş süd: təqribən: 1,5 L
Pendir mayası (evdə qursaqdan da hazırlamaq mümkündür)

Hazırlanması:
Süd 30 dərəcəyə qədər isidilir, içərisinə turşumuş süd əlavə edilir. Sərin biryerdə süd dincəldilmək üçün təqribən 10-18 saat gözlədilir.
Maya əlavə edilir. Mayanın fermentasiyası üçün 15 dəqiqə yenə gözlədilir.
Mayalanmış süd təqribən 60 dərəcəyə isidilir. Bu isitmə fəaliyyəti təqribən 45 dəqiqə davam edir.
Dələmə meydana gəlməyə başlayır və isti qarışığın üzərinə şəffaf maye yığılır. Bu maye mümkün olduğu qədər bir qabla alınır.
Dələmə yavaş-yavaş qarışdırılaraq bişirilir.
Sonra eyni qazanda yoğrululur.
Daha sonra dələmə çəkilib uzadılır, bir ağac asqı üzərinə asılaraq 0,5-1 saat gözlədilir.
İstəyə görə pendir qaba toplanırkən üzərinə duz səpilir.
Yaxıd da duz vurmadan pendirin öz mayesinin içərisində duz vurmadan saxlanılır.
Motal pendiri hazırlayarkən pendir təmiz suyla yuyulur, suyu təmizləndikdən sonra pendir duzlanır, didilir və motala əlavə edilir.



Nuş olsun!
Etiketlər: parmezan, motzarella, pendiri, Hazırlanması, olsun, sousu, pomidor, göbələk, ispanaq, pendir, kəklikotusu, Tərkibi
BİZİ İZLƏYİN