• Körpələr üçün sürpriz kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 31 804

Tarix : 25-11-2015, 23:00

Bölmə : Quru yeməklər / Uşaq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Kotlet üçün:
400 qram qiymə
1 ədəd yumurta
4 yemək qaşığı suxari
1 çay qaşığı kimyon (tmin)
Qeyd: Qiymə yağsız olduğu təqdirdə 1 yemək qaşığı zeytun yağı əlavə etmək lazımdır.

Sürpriz üçün:
6 ədəd bildirçin yumurtası
2-3 budaq quşqonmaz (bütöv olaraq 5 dəqiqə qaynadılır, sonra soyuq suya salınır)
1 ədət kiçik kök (uzunlamasına kəsilərək sarı hissəsi çıxardılır. 4 uzun parça halında 5 dəqiqə qaynadılıb soyuq suya salınmış)
Qeyd: Quşqonmaz tapa bilməsəniz, yerinə hər hansı başqa səbzə də istifadə etmək mümkündür.

Hazırlanması:
Körpələr üçün sürpriz kotlet xammalları bir qabda qarışdırılır və 4-5 dəqiqə yoğrulur. Fırın sinisinin içərisinə bu yayılan kotlet “xəmiri” yayılır. İçərisinə sürprizlər yerləşdirilir. Sürpriz yerləşdirilən kotlet xəmiri rulon halına gətirilir.

Duxovka əvvvəlcədən 180 dərəcəyə isidilir.

180 dərəcə isidilmiş duxovkada kotletlər bişirilir. Bişirilmə müttədi təqribən 35-40 dəqiqədir.

Sürpriz kotletlər süfrəyə verilərkən yanında səbzə püresi və pomitorlu sos ilə bəzənə bilər.

Qeyd: Bildirçin yumurtasının faydası:

Heyvan mənşəli proteinlərin təməlini quş yumurtaları meydana gətirir. Sevərək yeyilən yumurtalar, aid olduğu quşun genetik xüsusiyyətlərinə görə bir – birindən fərqlənir. Xüsusi ilə bildirçin yumurtasının protein, ana südü tərkibindəki zülala çox yaxın olduğu təxmin edilməkdədir.

Digər yumurtalara görə tərkibində daha çox amin turşuları olan bildirçin yumurtası, uşaqlarda immun sistemini gücləndirir.

Qeyd: Sürpriz kotlet hazırlayarkən bildirçin yumurtası olmasa, toyuq yumurtası da istifadə etmək mümkündür.

Nuş olsun!
Etiketlər: kotlet, Sürpriz, bildirçin, yumurtası, qaşığı, olduğu, dəqiqə, etmək, yumurtasının, mümkündür, soyuq, istifadə, yemək, səbzə, kotletlər, proteinlərin, təməlini, bəzənə, mənşəli, bilər
BİZİ İZLƏYİN