• Göbələkli leço resepti

Reseptin məlumatları Baxış sayı: 14 143

Tarix : 27-07-2014, 03:34

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 q şirin bibər
400 q pomidor
300 q göbələk
100 q xama
100 q düyü
2 x.q. bitki yağı
2 baş soğan
1 x.q. kərə yağı
üyüdülmüş qırmızı istiot – zövqə görə
duz – zövqə görə

Hazırlanması:
Düyünü yuyun, üstündən qaynar su axıdın. 250 ml duzlu su, kərə yağı əlavə edib ağzı bağlı qazanda bişirin. Tavaya lay-lay qabığı soyulub halqa doğranmış pomidorları, halqa doğranmış bibərləri və düyünü döşəyin. Hər layı duzlayın.

Bitki yağında xırda doğranmış soğanla göbələyi qızardın, ocaqdan götürüb üstünə qırmızı istiot səpin, 1 st. su, xama əlavə edin. Bunları tavadakıların üstünə tökün, tavanın qapağını ağzına qoyub leçonu 20 dəqiqə vam odda bişirin. Sonra qapağı götürün, tavanı sobaya qoyun. Hazır olanadək bişirin.

Qeyd:
Bu leço qışa saxlanmır.

Nuş olsun!
Etiketlər: doğranmış, bişirin, zövqə, əlavə, halqa, qırmızı, istiot, üstünə, tökün, göbələyi, soğanla, tavadakıların, tavanın, qızardın, qapağını, götürüb, ocaqdan, səpin, Bunları, qoyub
BİZİ İZLƏYİN