• Zəncəfilli balıq resepti

Reseptin məlumatları Baxış sayı: 3 691

Tarix : 18-08-2017, 21:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qr qızıl balıq

Sous üçün:
3-4 dilim təzə zəncəfil (və ya 0.5 ç.q. zəncəfil tozu),
1 ç.q. keşniş toxumu (əzilmiş),
1 x.q. zeytun yağı,
2 diş sarımsaq,
1 baş soğan,
1 x.q. şəkər tozu,
1 x.q. duz,
1 x.q. soya sousu

Qızartmaq üçün:
zeytun yağı

Hazırlanması:
Əvvəlcə balığı doğrayırıq. Daha sonra sousu hazırlayırıq. Sous üçün kiçik qaba zəncəfil, soğan və sarımsaq rəndələyib, üzərinə şəkər tozu, keşniş toxumu, duz, soya sousu və yağ töküb qarışdırırıq. Doğranmış balıqların üzərinə hazırladığımız sousdan çəkib, 1-2 saat saxlayırıq. Son olaraq balıqları duru yağda qızardırıq. Zövqə görə brokoli, yaşıl lobya, gül kələmi, pomidor və s. qızardıb (və ya suda bişirib), yanında servis edirik.

Nuş olsun!
Etiketlər: zəncəfil, sousu, soğan, şəkər, üzərinə, zeytun, sarımsaq, keşniş, toxumu, saxlayırıq, Zövqə, brokoli, qızardırıq, olaraq, yaşıl, balıqları, yağda, bişirib, yanında, servis
BİZİ İZLƏYİN