• Kabaçok dolması resepti

Reseptin məlumatları Baxış sayı: 278

Tarix : 25.09.2017, 12:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Dolmalar, Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 boyuk və ya 2 orta kabaçok
150 qr. toyuq əti (sümüksüz)
1 baş soğan
1 kök
50 qr. pendir
3 x.q. günəbaxan yağı
1/2 ç.q. paprika
duz
istiot

Hazırlanması:
Kabaçoku ortadan bölürük. Böyükdürsə 4 yerə bölürük. Ortadırsa 2 yerə bəsdir.
Kabaçokun içinə qaşıqla ovuruq, içi boş olmalıdır. İçliyi atmırıq bizə lazım olacaq.
Kabaçokları soba qabına düzüb 220 derecede 15 dəq. bişiririk.
Bu zaman içliyi hazırlayaq. Soğanı xırda kəsib günəbaxan yağında qızardırıq. Üstünə xırda kəsilmiş toyuq əti əlavə edirik. Kökü sürtkəcdən keçirib əlavə edirik. Kabaçokun içliyini xırda kəsib əlavı edirik. Hamısını yaxşı qızardırıq və ədviyyatları əlavə edirik.
Kabaçoku sobadan çıxardıb içliklə doldururuq. Pendiri sürtkəcdən keçirdib üstünə səpirik. 200 dərəcədə pendir əriyənə kimi bişiririk.
Mən kabaçoku yarıçiy sevirəm, belə daha dadlı və vitaminlidir. Amma siz tam bişmiş istəyirsizsə əvvəlcədən qaynar sudada bişirə bilərsiz. Sonra içini doldurub sobada bişirmək.

Nuş olsun!

Etiketlər: edirik, xırda, əlavə, bölürük, qızardırıq, Kabaçokun, kəsib, Kabaçoku, bişiririk, sürtkəcdən, pendir, günəbaxan, toyuq, üstünə, səpirik, Pendiri, doldururuq, keçirdib, sobadan, yaxşı
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica