• Çinsayağı klassik əriştə zəncəfil və sarımsaqlı dana əti ilə resepti

Reseptin məlumatları Baxış sayı: 308

Tarix : 19.03.2018, 12:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
dana ətinin filesi,
funçoza əriştəsi,
küncüt yağı,
soya sousu,
zəncəfil,
sarımsaq,
pomidor,
qırmızı bolqar bibəri,
kök,
soğan, şəkər

Hazırlanması:
1.Əti köndələn olaraq nazik zolaqlar şəklidə doğrayın.

2. Əriştəni qazana tökün və üzərinə 1 porsiyaya 500 ml olmaqla qaynar su əlavə edin. Duzlayın və 20 dəqiqə buxarda saxlayın.

3. Soğanı dilim-dilim, zəncəfili zolaqlar şəkilində, sarımsağı isə xırda-xırda doğrayın. Pomidoru yuyun, bıçaqla azca kəsiklər edin, qaynar suya salın, qabığını çıxardın və xırda-xırda doğrayın.

4. Kökü və bolqar bibərini təmizləyin və zolaqlar şəklində doğrayın.

5. Dərin tavada bitki yağını qızdırın, soğanı, sonra zəncəfil və sarımsağı içinə tökün. Bir az isidin. Əti də tavaya əlavə edin və bir neçə dəqiqə qarışdıraraq qızardın.

6. Üzərinə 0.5 qaşıq şəkər tozu, doğranmış bolqar bibəri, kök, pomidor və küncüt yağını əlavə edin. Əriştənin üstündən soyuq su axıdın və ətin yanına tavaya tökün, üzərinə soya sousu əlavə edin və qarışdırın. Bir neçə dəqiqə qızardın.

7. Boşqaba düzün və istəyinizdən asılı olaraq göyərti ilə bəzəyin.

Nuş olsun!

Etiketlər: əlavə, doğrayın, xırda, bolqar, zolaqlar, tökün, dəqiqə, olaraq, qaynar, üzərinə, sarımsağı, tavaya, yağını, dilim, zəncəfil, sousu, küncüt, qızardın, pomidor, Şəkərparə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica