• Fajita resepti

Reseptin məlumatları Baxış sayı: 1700

Tarix : 19.11.2018, 12:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : menim_sufrem




Tərkibi:
400 qr dana əti,
1 ədəd qırmızı bibər,
1 ədəd göy (və ya sarı) bibər,
1 baş soğan,
1 ədəd limon,
duz, istiot, qırmızı bibər,
2 x.q. zeytun yağı,
pul bibər, ət otu,
lavaş

Hazırlanması:
Fajita hazırlayan zaman əti mütləq bir gün əvvəldən basdırma edirik. Bunun üçün əti uzunsov doğrayıb, zeytun yağı, limon suyu, pul bibər və ət otu ilə birlikdə qarışdırıb, soyuducuda 1 gün saxlayırıq (dondurucuda yox). Sonra əti qızğın tavada 20 dəqiqə bişiririk. Soğan və bibərləri də uzunsov doğrayıb, yağda azca qızardırıq və duz səpirik.
Fajitanın çörəklərin özünuz hazırlaya bilərsiniz və ya marketdən adi lavaş alıb dairələr kəsə bilərsiniz. Un,duz ve su ilə xəmir yoğurub, təxmini stəkan ağzı boyda kəsərək tavada bişirin(qurutmadan) və ya lavaş alib stəkan ağzıyla dairələr kəsin.Çörəklərə bir az ətdən, bir az da bibərlərdən qoyub,servi s edin. Süfrəyə verəndə üzərinə holland pendiri de rəndələyəndə lap da gözel olur.

Nuş olsun!
Etiketlər: bibər, lavaş, tavada, stəkan, dairələr, bilərsiniz, uzunsov, qırmızı, doğrayıb, limon, zeytun, boyda, pendiri, kəsərək, təxmini, xəmir, gözel, marketdən, rəndələyəndə, bişirin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN