• Sobada blincik dolması resepti

Reseptin məlumatları Baxış sayı: 341

Tarix : 29.06.2019, 12:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
2 ədət yumurta,
2 su stəkanı süd,
Yarım su stəkanı su,
2 yemək qaşığı zeytun yağı,
1.5 su stəkanı un (silə olacaq),
1 silmə şirniyyat qaşığı duz

Dolma üçün:
500 q. orta yağlı qiymə,
1 böyük soğan,
Bir dəstə cəfəri,
3 yemək qaşığı suxarı,
1 ədət yumurta,
İstəyə görə, istiot,cirə , kəklik otu, qırmızı bibər,
Şirniyyat qaşığı duz,

Sos üçün:
1 su stəkanı süd,
2 ədət yumurta,
1 çay stəkanı pendir,

Hazırlanması:
Duru ərzaqları dərin bir qaba alıb qarışdırın.
Duzunu atın.
Unu ələyərək duru ərzaqlara qatın.
Xəmirin duru olması çox vacibdir
Qatı olarsa blinciklərin bişməsi çətinləşər və içi xəmir qalar.
Teflon tavanızı yağlayın.
Yaxşıca qızmış tavanıza bir çömçə blincik xəmirindən töküb xəmiri tavanın hər yerinə yaymağa çalışın.
Altı bişən blincikin üst hissəsində olan xəmir tamamən itəcəkdir.
Bu zaman blinciki o biri tərəfinə çevirin.
Blinciki nə çox yüksək, nə də çox zəif atəşdə bişirməniz doğru olmaz.
Orta atəşdə bişirin.

Yeməyin hazırlanması:
Dolmanın ərzaqlarını 15 dəqiqəyə yaxın yoğurun.
8 ədət uzun küftə hazırlayın.
Küftələri tavada çox az yağla bərabər bir az qızardın.
Hazırladığınız blinciklərin bir tərəfinə küftələrdən qoyun.
Kənarlarını içə qatlayın və rulon kimi bükün.
Fırın tabağına yerləşdirin.
Sosun ərzaqlarını qarışdırıb möhkəm çırpın və blinciklərin üzərinə tökün.
180 dərəcəlik fırında holland pendirləri qızarana qədər bişirin.

Mənim servis tövsiyyələrim:
Bu yeməyi dilimləyərək və yanında tərəvəz və ya kartof qızartmasıyla servis edin.
Yanına da bol köpüklü bir ayran verə bilərsiniz.
Yemək 8 nəfər üçündür.
Yetməz deyə də düşünməyin.
Bir dənə blincik dolması bir nəfəri doyura bilir.

Nuş olsun!

Etiketlər: stəkanı, qaşığı, blinciklərin, yumurta, ərzaqlarını, blincik, servis, tərəfinə, atəşdə, yemək, xəmir, bişirin, qatlayın, Kənarlarını, qoyun, rulon, Fırın, Sosun, küftələrdən, yerləşdirin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN