• Badımcan dolması resepti

Reseptin məlumatları Baxış sayı: 4 796

Tarix : 1-07-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
qoyun əti – 163 q,
badımcan – 300 q,
baş soğan – 20 q,
ərinmiş yağ – 20 q,
pomidor – 50 q,
göyərti (reyhan, keşniş) – 15 q,
darçın – 0,2 q,
qatıq – 50 q,
istiot -0,1 q, duz.

Hazırlanması:
Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1-2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür. Ayrıca qabda darçınlı qatıq verilir.

Nuş olsun!
Etiketlər: darçın, istiot, birlikdə, göyərti, qatıq, pomidor, qazana, dayaz, yağılıb, ətrafına, düzülür, dilimləri, qatılıb, badımcanlar, Qiymə, doldurulur, badımcanlara, miqdar, qarışdırılır, doldurulmuş
BİZİ İZLƏYİN