• Badımcan dolması resepti

Reseptin məlumatları Baxış sayı: 14751

Tarix : 3.07.2015, 20:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
qoyun əti – 163 q,
badımcan – 300 q,
baş soğan – 20 q,
ərinmiş yağ – 20 q,
pomidor – 50 q,
göyərti (reyhan, keşniş) – 15 q,
darçın – 0,2 q,
qatıq – 50 q,
istiot -0,1 q, duz.

Hazırlanması:
Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1-2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür. Ayrıca qabda darçınlı qatıq verilir.

Nuş olsun!
Etiketlər: göyərti, darçın, istiot, birlikdə, pomidor, qatıq, qazana, doğranmış, yağılıb, ətrafına, düzülür, dilimləri, dayaz, badımcanlar, Qiymə, doldurulur, qarışdırılır, miqdar, doldurulmuş, qatılıb
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN