• Plakiya resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 606

Tarix : 19-04-2016, 09:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Plakiya - qabaqdan hazırlanan ənənəvi bolqar xörəyidir. Tamamilə tərəvəzdən ibarətdir, yəni əsl yay yeməyi.

Tərkibi:
1 qabaq
2 pomidor
1 soğan
1-2 bolqar bibəri
4 diş sarımsaq
göyərti - cəfəri, şüyüd - zövqə görə
3 yumurta
2 x.q. sirkə
1 x.q. un
50 ml zeytun yağı
Plakiya resepti - FOTO RESEPT


Hazırlanması:
Sininin içinə folqa döşəyin. Üstünə dilimlənmiş qabağı düzün.
Plakiya resepti - FOTO RESEPT


Soğan, bibər, sarımsaq və göyərtini xırda doğrayın, qarışdırıb qabağın üstünə bərabər yayın.
Plakiya resepti - FOTO RESEPT


Bunun üstünə bir lay da qabaq döşəyin. Üstünə bir lay halqa doğranmış pomidor düzün.
Plakiya resepti - FOTO RESEPT


Yumurtanı un və sirkə ilə eynicinsli kütlə alınanadək çalın.
Plakiya resepti - FOTO RESEPT


Sinini 180 dərəcə qızdırılmış sobaya qoyun, 40 dəqiqə bişirin.

Çıxarıb üstünə çalınmış yumurta qarışığını tökün və eyni temperaturda daha 10 dəqiqə bişirin.
Plakiya resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üstünə, yumurta, sarımsaq, pomidor, sirkə, Üstünə, bişirin, dəqiqə, qabaq, döşəyin, düzün, bolqar, eynicinsli, kütlə, alınanadək, çalın, Yumurtanı, doğranmış, bərabər, ənənəvi
BİZİ İZLƏYİN