• Ətli xvorost resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 082

Tarix : 18-10-2014, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu yemək xırt-xırt olduğu üçün yox (xvorost - rusca çır-çırpı deməkdir), xvorost peçenyesinin bükülmə qaydasında hazırlandığı üçün belə adlanır.

Tərkibi:
600 q toyuq filesi
160 q nazik doğranmış bekon (bunsuz da olar)
3 x.q. xama, yaxud qaymaq
50 q konyak və ya 1/3 st. şirin çaxır
duz
istiot

Hazırlanması:
Toyuq ətini 15 sm uzunluqda nazik şəridlərə doğrayın. Duzlayıb-istiotlayın. Bir az döyə də bilərsiniz. Hər toyuq əti parçasının üstünə eyni boyda bekon dilimi qoyun. Hər iki ət parçasının ortasını uzununa 2-3 sm çərtin. Şəridin bir tərəfini (toyuq ətiylə bekonu birlikdə) bu yarıqdan keçirib çevirin.
Ətli xvorost resepti - FOTO RESEPT

Ətli xvorost resepti - FOTO RESEPT

Ətli xvorost resepti - FOTO RESEPT

Ətli xvorost resepti - FOTO RESEPT


Alınan xvorostu qaynar yağda o üz-bu üz qızardın. Şərab, yaxud konyak əlavə edin. 1-2 dəqiqə sonra isə qaymaq və ya xama əlavə edin. Ocağı azaldıb, tavanın qapağını qoyun, hazır olanadək və sousu qatılaşanadək bişirin.
Ətli xvorost resepti - FOTO RESEPT

Ətli xvorost resepti - FOTO RESEPT

Ətli xvorost resepti - FOTO RESEPT


Bunu istənilən qarnirlə süfrəyə verə bilərsiniz.
Ətli xvorost resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: toyuq, yaxud, bekon, nazik, konyak, əlavə, qoyun, parçasının, bilərsiniz, qaymaq, xvorost, çevirin, keçirib, Alınan, xvorostu, yağda, qaynar, süfrəyə, qızardın, olsun
BİZİ İZLƏYİN