• Çiy köftə resepti - Video + FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 99 683

Tarix : 20-10-2014, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər / Video reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 baş soğan
4-5 diş sarımsaq
8-10 ədəd göy soğan
1 dəstə cəfəri
3 pomidor
500 q çiy köftelik bulqur (narın)
500 q qoyun qiyməsi (tamamilə yağsız və iki dəfə ət maşınından keçirilmiş)
1 x.q. ədviyyat (ətirli qara istiot, darçın)
2 st. isot
5-6 kubik buz
2 x.q. tomat pastası (yaxud 1 x.q. tomat, 1 x.q. qırmızı bibər pastası)
yoğurmaq üçün buzlu su
duz

Yanına:
kahı
nanə
cəfəri
xiyar
pomidor
limon

Hazırlanması:
Soğanla sarımsağı, təzə soğan və cəfəri yarpaqlarını xırda doğrayın. Pomidorları sürtgəcdən keçirin. Bulqurun kəpəyi olmasın deyə açıq havada azacıq sovurun. Bir ləyəndə yanınıza buzlu su qoyun. Geniş ləyənçəyə qiyməni, doğranmış soğanı, sarımsağın yarısını, sürtgəcdən keçirilmiş pomidoru, ədviyyatı, isotu və buz parçalarını qoyun. Duz səpin.
Çiy köftə resepti - Video + FOTO RESEPT


Hamısını yaxşıca yoğurun. Bulquru əlavə edib yenə yoğurun. Bulqur suyu çəkdikcə əlinizi buzlu suda isladıb yoğurmağa davam edin. Sonra tomat (və bibər) pastasını əlavə edin. Dadına baxın, lazım gələrsə, duz əlavə edin. Buz tamam əriyincə və bulqur çeynənəcək yumşaqlığa gəlincə yoğurun.
Çiy köftə resepti - Video + FOTO RESEPT


Sonda doğranmış göy soğan, cəfəri və sarımsağın qalanını əlavə edin, yoğurun.
Boşqaba kağı yarpaqları düzün. Çiy köftədən əlinizlə götürüb azca sıxın, yarpaqların üstünə qoyun. Yanına nanə, cəfəri, doğranmış xiyar, pomidor, limon qoyun.
Çiy köftə resepti - Video + FOTO RESEPT

Çiy köftə resepti - Video + FOTO RESEPT

Çiy köftə resepti - Video + FOTO RESEPT

Çiy köftə resepti - Video + FOTO RESEPT

Çiy köftə resepti - Video + FOTO RESEPT




Nuş olsun!
Etiketlər: qoyun, cəfəri, əlavə, yoğurun, soğan, tomat, doğranmış, buzlu, pomidor, bibər, xiyar, limon, sürtgəcdən, bulqur, pastası, sarımsağın, keçirilmiş, parçalarını, yoğurmağa, isladıb
BİZİ İZLƏYİN