• Şnisel resepti

Reseptin məlumatları Baxış sayı: 16 647

Tarix : 5-06-2014, 23:30

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qiymə - 900 q (500 q mal əti + 400 q qoyun əti)
Yumurta - 1 ədəd
Baş soğan - 1 ədəd
Quru çörək - 150 q
Süd - 100-140 ml
Duz
İstiot
Xmeli-suneli - 1 x.q
Yarım dəstə şüyüd
Yarım dəstə keşniş
Bərk pendir - 150 q
2 diş sarımsaq
Zeytun yağı

Hazırlanması:
İlk əvvəl quru çörəyi süddə isladırıq, əti doğrayırıq.
Daha sonra ət maşından çəkirik. Çəkilmiş ətə sarımsaq, isladılmış çörək, yumurta, duz və istiot, xmeli-suneli vurub qarışdırırıq.
Yaxşıca qarışdırdıqdan sonra şəkildə gördüyünüz formaya salırıq. Bişirəcəyimiz qaba bir qədər yağ töküb hazırladığımız əti üstünə qoyuruq.
Üzərinə sürtkəcdən keçirilmiş pendiri tökürük və 200 dərəcədə qızdırılmış sobaya goyub 20 dəqiqə bişiririk.
20 dəqiqədən sonra sobadan çıxarıb, üzərinə 1 yumurta qırırıq və yenidən sobaya qoyuruq.
Ancaq bu dəfə sobanın dərəcəsini 180 dərəcə edirik və 20 dəqiqə ərzində sobada saxlayırıq.
Sobadan çıxarıb, üzərinə göyərti səpirik.
Şniselimiz hazırdır.

Nuş olsun!
Etiketlər: sonra, Yarım, suneli, dəstə, dəqiqə, yumurta, sobaya, sarımsaq, çıxarıb, qoyuruq, üzərinə, çörək, goyub, bişiririk, dəqiqədən, tökürük, Üzərinə, üstünə, hazırladığımız, sürtkəcdən
BİZİ İZLƏYİN