• Əfqan yeməyi resepti

Reseptin məlumatları Baxış sayı: 18 519

Tarix : 20-12-2015, 19:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
Toyuq
Noxud: 300 qram
Kök: 1 kiloqram
Baş soğan: 2 ədəd
Maye yağ: 60 qram
Kimyon
Sarıkök
Toz şəkər
Qırmızı bibər (və ya qara istiot)
Duz
Dəfnə yarpağı

Hazırlanması:
Əfqan yeməyi hazırlamaq üçün əvvəlcə noxudlar bir gecə əvvəlcədən yumşalıb şişməsi üçün suda isladılır.

Toyuğu suda soyutma bişirin. Heç duz istifadə etməyin.

Bir əvvəlki gündən islağa qoyduğunuz noxudları yuyun və təmiz su əlavə edərək qaynadın.

Qazana yağ əlavə edin və isidin.

Soğanları soyun. Soyulmuş baş soğanları halqa şəklində doğrayın. Halqavari doğranmış soğanları isti yağa əlavə edin və soğanın rəngi biraz qızarana qədər qarışdıraraq qızardın. Ancaq bu zaman soğanların tam qızarıb qurutmayın. Yumşaq soğan yeməyə özünə xas dad verir.

Kökləri təmiz yuyun. Qabığını soymağa ehtiyac yoxdur. Bundan sonra təmiz yuyulan kökləri doğrayırıq, yağ olan tavaya əlavə edirik. Kök dilimləri də burada yüngül bişir. Tam qızarıb bərkimir.

Bişmiş toyuq ədini kiçik parçalar halında doğrayırıq. Onları da qazana əlavə edirik. Bundan sonra qazana noxudu əlavə edin. Bulyonun miqdarı çox olmamalıdır. Üzərindən də toyuğun bulyonundan əlavə edib qarışdırın.

Vam odda qazanımız qaynamağa başladıqdan sonra buraya sarıkök və çox az miqdarda toz şəkər əlavə edin və qarışdırın.

10-15 dəqiqə bişiririk. Su quruduqca az miqdarda bulyon əlavə etmək olar.

Noxudlar çox yumşaq, ət isə sümükdən ayrılmalıdır.

Noxud və ət istədiyimiz səviyyədə bişdikdən sonra qazana kimyon, duz, dəfnə yarpağı, bibər (və ya istiot) və biraz su əlavə edirik və su buxarlanana qədər qarışdırırıq.

Hazırladığımız əfqan yeməyi bişdikdən sonra süfrəyə isti-isti verilir. Süfrəyə verilərkən sadə düyü plovunun üzərində servis edilə bilər.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, qazana, təmiz, edirik, yeməyi, miqdarda, biraz, qızarıb, qədər, yuyun, doğrayırıq, qarışdırın, Bundan, soğan, Noxud, şəkər, yarpağı, bişdikdən, istiot
BİZİ İZLƏYİN