• Badımcanlı pərdə plovu resepti

Reseptin məlumatları Baxış sayı: 18 086

Tarix : 22-03-2016, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Plov üçün:

2 su stəkanı düyü,
4 su stəkanı su(2stəkan plov bisirmək üçün,2stəkan da badımcana istifadə olunacaq,
yarim su stəkanı duru yag,
duz,

Ətli sos üçün:
300 qr quzu əti( quzu əti tez bişdiyi üçün)
1 ədət qırmızı bibər,
1 ədət yasıl bibər,
1 cay stəkanı sduru yag,
Yarim şorba qaşığı pomidor tomatı,
1 ədət soğan,
yarim çay qasigi pul bibər,
yarim çay qasigi istiot,
1 çay qasigi kəklikot,
Duz,

Bükmək üçün:
3 və ya 4 ədət uzun badımcan,

qızartmaq üçün:
duru yag,

Hazırlanması:
İşə əvvəlcə əti bişirməklə başlayın.
Quzu ətini quşbaşı doğrayıb geniş bir qazana yığıbüzərinə bi az su qoyun .
Ət suyunu çəkənə qədərbişirin.
Bibəri soğanı təmizləyib küp- küp kəsin.
Başqa bir qazana bir az duru yag töküb bibəri və sogan qızarana qədərqovurun və bişmiş sogan və bibərin üstünə əlavə edin. Bir dəqiqə də ətlə qovurun.
Ən son tomatı ,duz və ədviyyatları əlavə edib qarışdırın.
Bir az qovurduqdan sonra ocaqdan alin.
Badımcanları alacalı soyun.
Uzunlamasına doğrayın.
Duzlu suda saxlayın ki acı suyu çıxsın.
Duru yagda qızardıb kagiz dəsmalın üzərinə qoyun ki, artıq yağı çəksin.
Düyünü yuyun.
Qazana duru yağ tökün.
Düyünü və duzu əlavə edib pilavi bir iki dəqiqə kovurun və 2 stəkan qaynamiş isti suyu əlavə edin.
Plovunuz suyunu çəkənə qədər vam oddabişirip ocaqdan alin.
İndi sira səklini verməyə gəldi.
Əvvəlcə ce badımcanları sirasiyla qazanın iç hissəsinin kənarlarını boşluq qalmayacaq şəkildə uzunlamasına yerləşdirin.
Orta hissəsi isə yuvarlaq bos qalacaq səkildə düzün.
Hazirlamis oldugunuz soslu əti qazanın tam ortasina yayın.
Ətin üstunə hazirlamis oldugunuz plovu qoyun və kənara çıxan badımcanları üstünə qatlayın. Qalan badımcanları da üzərinə qapadın ki düyülər heç görünməsinlər.
Badımcanların üstünə 2 stəkan qaynar su tökun və düz bir tabaq örtüb vam odda 15 dəqiqə qədər bişirin.(önəmli olan plov suyunu çəkənə qədər bişməsidir. Dəqiqəsi o qədər də vacib deyildir.)
Plovunuz bişdikdən sonra ocaqdan alin yarim saat heç əlləmədən gözlədin.
Qazanın ağzına böyük bir sini qoyub qazanı tərsinə çevirin.
Pərdəli badımcan plovunuz artıq servisə hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, yarim, stəkanı, bibər, ocaqdan, üstünə, dəqiqə, çəkənə, qasigi, badımcanları, qoyun, suyunu, sogan, qazana, artıq, qazanın, oldugunuz, Plovunuz, stəkan
BİZİ İZLƏYİN