• Bostan kababı resepti

Reseptin məlumatları Baxış sayı: 15 001

Tarix : 17-12-2015, 23:00

Bölmə : Quru yeməklər / Kabablar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd badımcan
2 stəkan maye yağ

İçliyi üçün:
0,5 kq. kiçik doğranmış ət
1 qaşıq tomat püresi
1 qaşıq bibər püresi
1 ədəd böyük soğan
2 yemək qaşığı kərə yağı
2 yemək qaşığı maye yağ
1 kiçik qaşıq duz
1 kiçik qaşıq istiot
1 kiçik qaşıq qırmızı bibər
1 kiçik qaşıq kəkotu qurusu

Sos üçün:
Pomidor (üzəri üçün)
Bibər (üzəri üçün)
2 ədəd pomidor (sos üçün)
1 çay qaşığı tomat püresi (sos üçün)
2 yemək qaşığı maye yağ (sos üçün)

Hazırlanması:
Badımcanı eninə ortadan iki yerə bölün. Alacalı olaraq soyun. Bundan sonra soyulub ortadan kəsdiyiniz badımcanları 30 dəqiqə duzlu suda gözlədin. Bundan sonra suyunu süün və qurulayın. Bir qaşıq vasitəsi ilə badımcanların içərisini yüngülcə oyun.
Maye yağı isidin. Badımcanları burada o üz – bu üzünə çevirə çevirə yandırmadan qızardın.
Qızartdığınız badımcanları süfrə kağızının üzərinə qoyun. Burada artıq yağlar süzüləcək.
Badımcanlar burada soyuyarkən, içlik üçün kərə yağı və maye yağı qazana qoyun. Üzərinə doğranmış soğanı əlavə edin. Soğan qovrulmağa başladıqda bunların üzərinə ət və tomatı da əlavə edib qabağını qapatın. İçlik bişdikdən sonra duz və ədviyyatını da istəyə görə vurub ocağın üzərindən götürün.
Bostan kababı üçün əvvəlcədən qızartdığımız badımcanları duxovka sinisinə düzün. Sonra hazırladığımız içliyi badımcanların üzərinə yerləşdirin. Yumru dilimlənmiş pomidor və bibər ilə də üzərini bəzəyin.

Sosu hazırlanması:
Tavaya yağı qoyun. Üzərinə tomat püresini əlavə edin və qovurun. Qabığı soyulmu, kub formasında doğranmış pomidorarı da buraya əlavə edin və qapağını örtün. Vam odda pomidorlar tamemən bişənə qədər gözləyin. Bişən sosu da badımcanların üzərinə əlavə edin.
Bundan sonra bostan kababı sinisini fırın kağızı və ya aluminium folyo ilə qapatın. Duxovkanı əvvəlcədən 200 dərəcəyə isidin.
200 dərəcəyə isidilmiş duxovkada kababı 10-15 dəqiqə bişirib servis edin.

Nuş olsun!
Etiketlər: qaşıq, əlavə, kiçik, sonra, qaşığı, üzərinə, kababı, qoyun, badımcanları, Bundan, yemək, badımcanların, püresi, doğranmış, tomat, bibər, dəqiqə, burada, qapatın, çevirə
BİZİ İZLƏYİN